17 Noyabr 2019 19:15
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin qoşunları şənbə günü Honq Konqda kazarmadan çıxaraq küçələri təmizləməyə yardım edib.

Teleqraf.com xəbər verir ki, bu, Xalq Qurtuluş Ordusunun yarı-muxtar ərazinin küçələrinə çıxdığını nadir hallardan biridir.

Orada yerli hökümərin beç aydır davam edən və bəzən zorakı hal alan etirazlara son qoya bilməməsi Pekinin əraziyə qoşun göndərə biləcəyinə dair spekulyasiyaları artırıb.

Onlar əllərində süpürgələr Honq Konqun Baptist Universiteti yaxınlığında küçələri təmizləyib. Polis bu həftənin əvvəli orada etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Honq Konqda etirazçılar universitetləri tərk edib. Onlar bir həftə boyunca həmin universitetləri zəbt edib, orada etirazlar keçirib.

Çinin onlarla qoşunu küçələrdən nəqliyyata maneəçilik törədən daşlar, qayalar və digər əngəlləri təmizləyib. Honq Konqun iğtişaş polisi isə yaxınlıqdakı küçələrdən onları izləyib.

Honq Konqda təxminən 10 min əsgərdən ibarət qarnizonu olan Çin etirazların başlanğıcında bir neçə dəfə ictimai şəkildə həmin əsgərləri səfərbər edə biləcəyinə dair xəbərdarlıq etmişdi, amma texniki olaraq bunun üçün Honq Konq höküməti Çinə belə bir tələb irəli sürməlidir.

Bir neçə yerdə etirazçılar küçələri təmziləyən insanlarla mübahisə edib və Honq Konq Şəhər Universiteti yaxınlığında biri Molotov kokteyli atıb.

Honq Konqun bəzi hissələrində nəqliyyata əngəllər törədilib, məktəblər və universitetlər bağlı olaraq qalıb.

Altı aydır davam edən etirazların həcmi azalsa da, onlar getdikcə zorakı hal alır və bu, küçələrdə xaosa səbəb olur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər