20 Noyabr 2019 14:20
1 088
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın ən etibarlı adamlarından biri olan Dövlət katibi Mayk Pompeonun istefa vermək istəyi Vaşinqtonun kulislərində müzakirə olunmağa başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Taym” nəşri məlumat yayıb.

Pompeonun gələn il keçiriləcək prezident seçkisindən əvvəl istefaya gedəcəyi bildirilib və bu qərarın arxasında Trampın onun imicini zədələdiyi iddiası yer alıb.

Ağ Evdəki mənbədən nəşrə verilən məlumata görə, postundan uzaqlaşan Pompeo prezident seçkisinə qatılacaq.

Qəzet Pompeonun gələn ilin yazına qədər vəzifədə qalmağı planlaşdırdığı və bu qərarın icrasını Trampın impiçment prosesinə görə gecikdirdiyini yazıb.

İddiaya görə, Pompeo Trampın impiçment məsələsinin onun nüfuzunu zədələdiyini öz yaxın ətrafına bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər