20 Noyabr 2019 17:35
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır, bu da öz növbəsində Türkiyənin maraqlarına uyğundur”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Yuliya Kudryaşova deyib.

Ekspertin sözlərinə görə, Rusiyadan fərqli olaraq, ABŞ Suriyanın neft yataqlarına nəzarət etmək üçün bölgədə kürd muxtariyyətinin qurulmasını istəyir:

“Bu yataqlar kürd icmasının kompakt yaşadığı bölgədə yerləşir. Əgər muxtariyyət əldə edilsə, bu, Türkiyənin milli təhlükəsizliyinə təhdid deməkdir. Buna görə də Ərdoğan Moskva ilə əməkdaşlığı çox yüksək qiymətləndirir”.

Kudryaşova ABŞ-ı kürdlər vasitəsilə Suriyanı parçalamağa cəhd etməkdə ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər