21 Sentyabr 2014 21:52
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın paytaxtı Moskvada keçirilən sülh marşı başa çatıb.

ANS PRESS-in məlumatına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzünə etiraz olaraq keçirilən yürüşdə 15 min nəfər iştirak edib. Rusiya prezidenti Vladimir Putinə qarşı keçirilən aksiyalara başqa şəhərlərdə dəstək verib.

Belə ki, Petrozavodsk, Saratov, Yekaterinburq, Sıktıvkar və başqa şəhərlərdə analoji yürüşlər keçirilib.

Novbosibirskdə hakimiyyətin icazə vermədiyi yürüşü polis dağıdıb.

Sankt Peterburqda yürüşə hakimiyyət icazə verməyib, Burda yürüş Kazan kilsəsi qarşısında toplantı kimi keçirilib. Toplantıda 2 min adam iştirak edib. Bir neçə aksiya iştirakçısı saxlanılıb.

Qeyd edək ki, 21 senytyabr dünyada sülh günü kimi qeyd olunur. BMT 21 sentyabrı zorakılıq əleyhinə beynəlxalq gün elan edib.


Müəllif:

Oxşar xəbərlər