22 Sentyabr 2014 09:43
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstandakı prezident seçkilərindəki anlaşmazlıq sona çatıb və yeni prezidentin adı məlum olub.

Axar.az xəbər verir ki, Əfqanıstanda təxminən 3 aydan bu yana davam edən seçki nəticələrinin mübahisəsi tərəflərin razılaşması ilə sona çatıb.

Tərəflər dünən milli birlik hökuməti qurmaq mövzusunda razılaşıb və seçkilərin ikinci turunu qazandığı açıqlanan Əfqanıstanın keçmiş Maliyyə naziri Əşrəf Qəninin yeni prezident olacağı, ikinci tur seçkilərinin saxta olduğunu irəli sürərək nəticələrə etiraz edən Əfqanıstanın keçmiş Xarici İşlər naziri Abdulla Abdullanın da səlahiyyətləri artırılmış prezident köməkçisi olacağı bildirilib.

Tərəflər razılaşmanı Əfqanıstan prezident sarayında təşkil edilən imza mərasimində imzalayıb. Saray hələ də vəzifə müddəti bitməsinə rəğmən Əfqanıstan prezidenti Həmid Kərzai tərəfindən istifadə edilir.

Anlaşmadan sonra H.Kərzainin vəzifəsinin sona çatması və Əşrəf Qəni ilə Abdulla Abdullanın işə başlaması gözlənilir.


Müəllif:

Oxşar xəbərlər