22 Sentyabr 2014 12:00
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan təhlükəsizlik qüvvələrinin son 24 saatda həyata keçirdiyi əməliyyat nəticəsində 17 Taliban üzvü öldürülüb.

Teleqraf.com-un sondakika.com-a istinadən verdiyi xəbərə görə, Əfqanıstan Müdafiə Nazirliyi verdiyi yazılı açıqlamada əməliyyatların Uruzgan, Helmand və Paktiya vilayətlərində həyata keçirildiyini bildirib.

Əməliyyatlar nəticəsində terrorçulardan 28 ədəd mina və 20 kilo partlayıcı maddə götürülüb.

Həmçinin əfqan əsgərlərindən də 3 nəfərin yol kənarında yerləşdirilmiş minaların partlaması nəticəsində həyatını itirdiyi qeyd edilib.

Samir

QEYD: "Gündəlik Teleqraf" MMC-yə daxil olmayan media quruluşlarının istinadla, yaxud istinadsız bu linkdəki yazı, foto və videoları tam, qismən və ya dəyişdirilmiş şəkildə yaymasına icazə verilmir. Müəllif hüquqları pozulacağı halda məhkəməyə müraciət edəcəyik.


Müəllif: