“Türkiyənin Liviyaya ordu göndərməsi və bu ölkə ilə imzaladığı saziş bölgədə gərginliyi artıracaq”.
Teleqraf.com xəbər verir ki, bunu Cənubi Kipr Prezidenti Nikos Anastasiadis deyib.
O, Türkiyənin Aralıq dənizində Yunanıstan və Cənubi Kipr arasında ehtimal olunan savaş barədə suala belə cavab verib:
“Yunanıstanla birlikdə Türkiyənin yaratdığı gərginliyi azaltmağa çalışırıq. Cənubi Kipr Türkiyə ilə savaşa girmək gücündə deyil. Buna görə də, Yunanıstanla birlikdə bölgədə sabitliyin yaradılmasına çalışırıq”.