8 Yanvar 2020 15:08
1 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Çox güman ki, İran hakimiyyəti İraqdakı ABŞ bazalarına raket hücumları zamanı daha çox amerikalı hərbçi öldürməyi düşünmürdü”.

Teleqraf.com xəbər verir ki, bu barədə “CNN”-də yayımlanan analitik materialda bildirilib.

“CNN”-nin analitiklərinin fikrincə, hücumun məqsədi çox güman ki, “mümkün qədər çox amerikalı öldürmək” deyildi.

Materialda deyildiyi kimi, zərbə gecə saatlarında, ABŞ ordusunun əksər hissəsinin yatdığı zaman edilib. Müəlliflərin fikrincə, gün ərzində vursalar, amerikalılardan birinin həlak olması ehtimalı daha yüksək olardı.

Analitiklərin iddiasına görə, İran hakimiyyəti ehtimal ki, bununla gərginliyin pik həddə olduğunu ABŞ-a göstərməyə cəhd edib. Müəlliflər İran rəhbərliyinin ABŞ silahlı qüvvələrinin imkanlarını qiymətləndirdiyini də istisna etmir.

İran ABŞ-ın İraqdakı ən azı iki hərbi bazasına raket zərbəsi endirib. Amerika tərəfinin iddiasına görə, İran hücum zamanı ondan çox raketdən istifadə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər