ABŞ İranın İraqdakı hərbi bazalarına hücumdan sonra Suriyanın Deyr-əz-zor bölgəsindəki hərbi bazalarına çoxfunaksiyalı raket sistemləri yerləşdirib.
Teleqraf.com xəbər verir ki, qərara səbəb İran ordusunun ehtimal olunan hücumlarına hazırlıqdır.
Raket sistemlərinin Deyr-əz-zordakı Ömər neft sahəsi, Koniko qaz sahəsi və Süsə çölünə dislokasiya edildiyi vurğulanıb.
ABŞ tərəfi İranın bölgədə gizli şəkildə öz hərbi qüvvələrini yerləşdirdiyini iddia edib.