12 Yanvar 2020 23:15
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran hökümәti vurulan tәyyarә ilә әlaqәdar 100-150 milyon dollar ödәyәcәk.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Mәrkәzi Sığorta Tәşkilatının sәdr müavini Qulamәli Cahangiri ISNA-ya açıqlamasında deyib.

Q.Cahangirinin sözlәrinә görә, ödәniş İran vә Ukrayna dövlәtlәri arasında razılıq әsasında olacaq.

Tәşkilat rәsmisi deyib ki, Boeing 737-800 model tәyyarәsinin yenisinin qiymәti 100 milyon dollardır. Lakin İranda vurulan tәyyarә tәxminәn 3 il işlәyib.

Cahangiri әlavә edib ki, tәyyarәyә dәyәn xәsarәtә görә, 70 milyon dollar ödәnilmәsi planlaşdırılır.

Beynәlxalq sığortalara әsasәn hәr bir sәrnişinin yükü 1-1,5 min dollar civarında qiymәtlәndirilir.

İranlı rәsmi deyib ki, bu rәqәm Ukrayna sığorta şirkәti tәrәfindәn müәyyәnlәşdirilmәlidir.
Cahangirinin sözlәrinә görә, ümumilikdә sәrnişin vә ekipaj heyәtinin sığortası 24 milyon dollar hesab olunur.

Qeyd edək ki, 8 yanvarda İranın Tehran vilayətinin Parand şəhəri yaxınlığında Ukraynaya məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. İranın Silahlı Qüvvələri Baş Qərargahı bu gün (11 yanvar) səhər bəyanat verərək bu təyyarənin İranın Havadan Müdafiə Sistemi tərəfindən səhvən vurulduğunu bildirib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər