İranın Ukrayna Hava Yollarına məxsus Boeing-737 sərnişin təyyarəsini vurduğunu bəyan etməsindən sonra ölkədə başlamış etirazlar davam edir.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, sərt şüarların səsləndirildiyi etiraz aksiyalarında yaralananlar olub.
Hətta aqresivləşən mitinq fəalları ABŞ tərəfindən öldürülən general Qasım Süleymaninin posterlərini də yandırıblar.
Aksiyada “Diktatora ölüm”, “Baş komandana istefa” kimi şüarlar səsləndirilib. Etirazlar Süleymaninin vətəni Kirmanda da davam edib. Tehranda baş verən aksiyada dini lider Seyid Əli Xameneyini fotolarını cırıblar. Təbrizdə isə Süleymaninin böyük fotosu etirazçılar tərəfindən cırılıb.
Kirmanda yürüş edən aksiya iştirakçıları 6 generalın istefasını tələb ediblər.