14 Yanvar 2020 12:24
2 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Liviyada sülhün əldə edilməsi məqsədilə keçirilən görüş uğursuz başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rusiya və Türkiyənin vasitəçiliyi ilə keçirilən görüşdə Liviyanın şərqinə nəzarət edən general Xəlifə Haftar atəşkəs sazişini imzalamadan Moskvanı tərk edib.

Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” televiziya kanalına danışan qaynaqlar Liviya milli ordusunun komandanı general Haftarın Türkiyənin atəşkəs prosesində iştirakı və nəzarəti, habelə hər hansı müdaxilə və vasitəçilik missiyasını rədd edib.

“Əl-Ərəbiyyə”yə görə, general Haftar atəşkəs razılaşmasını Ankaranın Liviyadakı əsgərlərini çıxarması və Tripolidəki milli barış hökuməti ilə bağladığı müqavilələrin keçərsiz olduğuna dair maddənin olmaması səbəbilə imzalamaqdan imtina edib.

Kanal qeyd edib ki, sülh anlaşmasını imzalamadan Moskvadan ayrılan Haftar artıq Benqaziyə çatıb. Liviyanın legitim hökumət başçısı Fayiz Sərrac isə Moskvadan İstanbula uçub.

Məlumata görə, Moskvada Rusiya və Türkiyənin vasitəçiliyi ilə Liviyanın milli barış hökumətinin başçısı Sərrac ilə genral Haftar arasında sülh sazişinə dair müzakirələr 8 saat çəkib.


Müəllif: Cavad