Qaşıqçı hadisəsi Səudiyyə Ərəbistanı üçün çox açı bir hadisədir. İllər boyu qarşlığını ödəyə bilməyəcəyimiz böyük səhvdir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanın xarici işlər naziri Adil əl Cubeyr Avropa Parlamentinin Xarici Əlaqələr Komissiyasında deputatların suallarını cavabında belə deyib.
Nazir hadisənin Səudiyyə dövlət rəsmilərinin məlumatı daxilində baş verməsi iddialarını rədd edib, ABŞ-ı misal çəkib: “ABŞ qüvvələri İraqda Əbu Qureyb həbsxanasında işgəncələr həyata keçirib. ABŞ prezidenti və müdafiə nazirinin bunlardan xəbəri vardımı?”
Nazir Kamal Qaşıqçının ölümü ilə bağlı məhkəmə prosesinin davam edəcəyini bildirib.
Deputatların Türkiyə ilə əlaqələri haqda sualına cavabında Əl-Cubeyr maraqlı ifadələr işlədib: “Türkiyə nəhəng və bölgədə əhəmiyyətli bir ölkədir. Ticarət əlaqələrimiz var. Suriya və Liviyada müdaxilələri səbəbindən bəzi problemlərimiz yaranıb. Əlaqələri davam etdirmək üçün çalışırıq”.