ABŞ silahlı qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds xüsusi təyinatlılarının komandiri Qasım Süleymanini qətlə yetirmək üçün Küveytdəki hərbi bazadan çıxan dronlardan istifadə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə SEPAH-ın Aerokosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə deyib.
Generalın sözlərinə görə, amerikalılar Süleymanini öldürmək üçün bir çox planı nəzərdən keçirib:
“Bu məqsədlə bölgədən “MQ-9” Pilotsuz Uçan Aparatlar (PUA) qaldırıldı və əksəriyyəti Küveytdəki Əli əl-Salyam bazasından çıxdı”.
Hacızadə qeyd edib ki, hadisə zamanı İran Silahlı Qüvvələri çaşqın vəziyyətə düşüb: “Çünki ağır silahları olan bir çox təyyarələr havaya qaldırılmıdı və Tehran nə etdiyini başa düşmədi. Ümumilikdə əməliyyatda ən azı dörd hərbi baza iştirak edib”.