Çin hökuməti Vuhan şəhərində ortaya çıxan koronavirusun ölkəyə yayılmasını önləmək üçün təxirəsalınmaz tədibirlərə start verib.
Teleqraf.com xəbər verir ki, hökumətin qərarı ilə paytaxt Pekin olmaqla ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlər bağlanıb.
Bunun yaranan problemdən sui-istifadə və ya həqiqətən virusun qarşısının almaq məqsədi güddüyü bəlli deyil.
Ölkənin 14 şəhərində karantin epidemiyasına qarşı tədbirlərinin həyata keçirildiyi, bunun on milyonlarla insanı əhatə edəcəyi açıqlanıb.
Anti-epidemiya tədbirləri Çinin yeni ili qarşılamaq tədbirlərini də təxirə salır. Paytaxt Pekində və Macua muxtariyyətində bütün tədbirlər təxirə düşüb. Honkonqda isə beynəlxalq kornaval və illik futbol turniri keçirilməyəcək.
Tədbirlər Çinin turizm sahələrini də əhatə edəcək. Pekində “Qadağan edilən şəhər” və qədim Çin səddinin bir hissəsi ziyarətçilərə qapalı elan edilib. Saşxayda isə Disneylandın olduğu məşhur park da fəaliyyətini dayandırıb.