27 Yanvar 2020 08:39
1 821
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Suriyada terrorla mübarizə əməliyyatlarına yenidən başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi bildirib.

Qeyd edək ki, ABŞ İran İslam İnqilabı Keşikçiləri Korpusunun ("Sepah") Qüds qanadının komandiri, general Qasım Süleymaninin ölümündən sonra təhlükəsizlik səbəbindən Suriyada antiterror əməliyyatlarını dayandırmışdı.

Makkenzi Amerika qoşunlarının ölkədə nə qədər qalacağını açıqlamayıb:

“Burada nə qədər qalacağımız barədə məlumatsızam. Mənə Suriyadakı tərəfdaşlarımızla necə işləməyimizdən başqa heç bir təlimat verilməyib. Hazırda biz İŞİD-in tamamilə məhv edilməsi üçü çalışırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər