28 Yanvar 2020 16:36
1 755
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail mediası Türkiyə Milli Kəşfiyyat Xidmətinin (MİT) rəhbəri Hakan Fidanı hədəfə alan məqalə yayıb.

Teleqraf.com xəbər verir ki, İsrail Baş naziri Benyamin Netanyahuya yaxınlığı ilə tanınan “Makor Rişon” qəzeti “Sultan və Süleymani” başlıqlı məqaləsində Hakan Fidan haqqında əsassız iddialar irəli sürür.

Bu ayın əvvəlində İraqda öldürülən İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” birqadasının komandanı Qasım Süleymani ilə Hakan Fidanı bir-birinə bənzədən məqalədə iddia edilir ki, bu şəxslərin hər ikisi İraq və Suriyada ölkələrinin adından müharibə aparır.

Məqalədə bəyan edilir ki, hazırda Qasım Süleymani yerin üç arşın altında yatdığına görə, MİT rəhbəri Hakan Fidanın sui-qəsdlərinə diqqət etməyin zamanı gəlib.


Müəllif: Cavad

Oxşar xəbərlər