30 Yanvar 2020 11:28
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Birləşmiş Krallığın ən populyar media yayım quruluşu olan BBC 450 əməkdaşını işdən çıxarmaq barədə qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, BBC-nin Dünya xidməti, Radio 5Live və Nevsnight başda olmaqla bir çox şöbə və proqramlarında işləyən jurnalistlərin işdən çıxarılacağı açıqlanıb.

Britaniya mediasına sızan məlumatlara görə, hətta kampaniyada ən çox əməkhaqqı alan və populyar aparıcıların belə işdən çıxarılacağı gözlənilir.

Ehtimal edilir ki, 450 nəfərin işdən çıxarılması BBC-yə imkan verəcək ki, 80 milyon funt sterlinq maliyyəyə qənaət etsin.

Görünən budur ki, 2020-ci ildə BBC-nin bir sıra ölkələrdəki jurnalist ofisləri qapadılacaq.

Xatırladaq ki, dünyada populyarlığına görə ön sırada olan BBC eyni zamanda Birləşmiş Krallığın ictimai televiziyası hesab olunur.


Müəllif: Cavad

Oxşar xəbərlər