1 Fevral 2020 18:10
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliya öz vətəndaşları istisna olmaqla Çindən gələn hər kəs üçün ərazisinə girişi qadağan edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bildirib:

“Avstraliya vətəndaşları, ölkədə daimi yaşayan şəxslər, öhdəlikdə olanlar, qanuni qəyyumlar və ya həyat yoldaşları istisna olmaqla heç kəsin Çindən ölkəyə girişinə icazə verilməyəcək”.

O əlavə edib ki, Çindən gələnlərin hamısı 14 günlük karantin rejimində təcrid olunmuş vəziyyətdə olacaqlar.

Bundan əvvəl Çin xarici işlər naziri Van İ yeni koronavirus səbəbindən Çin Xalq Rerpublikasının nəqliyyat blokadasına alınmasının yolverilməz olduğunu açıqlamışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər