Avstraliyalı Tim Maklin Çinin Hubey əyalətinin Eçjou şəhərində yaşayan sevgilisi Syun Syuyun yanına gəlib. Beləcə o, 2019-nCov koronavirusunun düz mərkəzinə düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” yazır.
Maklin Syuy ilə Avstraliyada oxuyarkən tanış olub. Qız diplom alıb vətəninə qayıdıb. Oğlan onun ardınca gedib. Milad bayramında Maklin Avstraliyaya yola düşüb, ancaq yanvarın ortalarında yenidən Çinə qayıdıb. Bir neçə gün sonra mediada koronavirus epidemiyası barədə məlumat yayılıb. Syun Syuyun doğma şəhəri virus episentrinin lap yaxınlığında idi.
“İndi şəhərin küçələri fəlakət filmlərindən görüntülərə bənzəyir. Yaşayış məntəqəsi karantin üçün bağlanıb, heç kim evini tərk etmir”, – avstraliyalı belə deyib.
O, cəsarətlə velosiped sürməyə davam edir: “Əvəzində heç kim mənə mane olmur”.
Avstraliyalı gəzinti zamanı hər ehtimala qarşı 2 qoruyucu maskadan istifadə edir.