Dalay Lama buddistlərə koronavirus epidemiyasını aradan qaldırmaq üçün “Tara mantrası”nı mümkün qədər tez-tez oxumağı tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
Adının açıqlanmasını istəməyən bir viroloq Dalay Lamanın adından yayılan məlumatda bildirib:
“Zati-aliləri “Tara mantrası”nı oxumağın epidemiya ilə mübarizə yollarından biri ola biləcəyini söylədi. O, səs yazısını paylaşdı, bu mantranı oxudu və mümkün qədər tez-tez oxumağı tövsiyə etdi”.
Mantra - buddistlərin fikrincə, insana faydalı təsir göstərən müəyyən ardıcıl sözlər və səslər toplusudur. “Tara mantrası” Buddizmin ən məşhur rituallarından, həmçinin tanrıçalarından biridir.
Tara –xilaskar deməkdir.