“Əl-Qaidə” terror təşkilatının İraqdakı birləşmələrinin lideri ABŞ-ın Arizona ştatına həbs edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi açıqlama yayıb.
İraq hökuməti Arizona məhkəməsinə çıxarılan şəxsin bu ölkəyə ekstradisiyasını tələb edib.
Məlumata görə, 42 yaşlı Əli Yusif Əhməd əl-Nuri İraqın ekstradisiya tələbindən sonra saxlanılıb.
İddia olunur ki, Əl-Nuri 2006-cı ilin iyun və oktyabr aylarında İraq polis əməkdaşlarının qətllərində iştirak edib. Ədliyyə Nazirliyinin məlumatına görə, şübhəlinin ekstradisiyası ilə bağlı son qərarı ABŞ Dövlət Departamenti verəcək.