2 Fevral 2020 22:31
1 559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın ən varlı adamı, “Amazon” şirkətinin qurucusu Ceff Bezos sevgilisinin qardaşı Maykl Sançes tərəfindən məhkəməyə verilib.

Teleqraf.com xəbər verir ki, milyarder Mayklı onun intim fotolarını “National Enquirer” tabloidinə satmaqda ittiham edib.

Bezosun bu iddialarından özünü təhqir olunmuş hiss edən Sançes isə məhkəməyə müraciət edib.

Sançes intim fotoları heç zaman görmədiyi və onları nəşrə vermədiyi söyləyib.

Bundan öncə “The Wall Street” nəşrinin yazdığı xəbərə görə, 2018-ci ildə Bezos həyat yoldaşı, teleaparıcı Lauren Sançez ilə çəkdirdiyi intim fotoşəkillərini Mayklın 200 min dollara satdığını iddia etmişdi. Maykl isə öz növbəsində həqiqətən də “Enquirer” nəşri ilə işlədiyini etiraf edib.

O, bu addımını bacısına edilən böhtanların qarşısını almaq məqsədi ilə əlaqələndirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər