3 Fevral 2020 08:35
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ son 14 gün ərzində Çinə səfər etmiş amerikalılara məhdudiyyətlər, əcnəbilərin ölkəyə girişinə isə qadağa qoyur.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin məlumatında deyilir.

Məlumatda bildirilir: "ABŞ-a gələcəkləri vaxtdan başlayaraq son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə icazə verilməyəcək".

Qeyd edilir ki, ABŞ-da yaxın qohumları olanlar, ABŞ-da yaşayanlar və uçuş heyətlərinin üzvləri üçün istisnalar olacaq.

Son 14 gün ərzində Hubeydə olan ABŞ vətəndaşları isə ölkəyə döndüklərində 14 gün məcburi karantinə qalmalı olacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər