17 Fevral 2020 10:54
2 290
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk Silahlı Qüvvələri (TSK) Türkiyə sərhəd xəttində qaçqın şəhərciklərinin yerləşdiyi əraziləri vuran Bəşər Əsəd ordusuna qarşılıq verib.

Teleqraf.com xəbər verir ki, türk topçuları “Fırtına ” sistemləri ilə Əsəd ordusuna zərbələr endirib.

Bu arada bəlli olub ki, Türk ordusu İdlib istiqamətinə silah cəmləşdirməyə davam edir. Tank və zirehli avtomobillər, habelə raket sistemlərini daşıyan konvoy İdlib istiqamətində hərəkət edib. Məlumata görə, silahlar şimaldakı türk əsgərlərinin mövqelərinə çatdırılıb.

Bəşər Əsədin İdlibin mərkəzini əldə etməsinin qarşısını almaq məqsədilə TSK fərqli yerlərə yayılaraq müvəqqəti postlar qurduğu deyilir.

Yerli qaynaqlar qeyd edirlər ki, TSK son olaraq Hələbin qərbindəki Darat Aziza qəsəbəsi yaxınlarında və İdlibin mərkəzinin şimal hissəsində-Termanində müvəqqəti postlar qurub.


Müəllif: Cavad

Oxşar xəbərlər