“Moskva və Ankara Suriyanın İdlib vilayətindəki vəziyyətin nizamlanması üçün danışıqları davam etdirir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Suriya probleminin əməkdaşlığımıza xələl gətirməsinə və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”, - Çavuşoğlu bildirib.
Nazir qeyd edib ki, tərəflər İdliblə bağlı son qərarı fevralın 17-də Moskvada iki ölkənin nümayəndə heyətlərinin görüşündən sonra verəcəklər.