ABŞ Prezidenti Donald Tramp cənubi koreyalı rejissor Pon Çjun Xonun “Parazitlər” filminin “Oskar-2020”nin qalibi olması ilə razılaşmadığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Koloradodakı mitinqdə çıxış edərkən danışıb.
“Bu il nə qədər dəhşətli akademiya mükafatı... Və qalib Cənubi Koreyadan olan bir filmdir. Orda nə lənət yaşanır?” – “Fox News” D.Trampdan sitat gətirir.
Onun sözlərinə görə, Vaşinqton “ticarət məsələsində Cənubi Koreya ilə kifayət qədər problem yaşayır – və burada (Amerikada) onlara ilin ən yaxşı filmi üçün mükafat verirlər”.
“Bu normaldır? Bilmirəm. “Küləyin apardıqları”nı, “Sanset bulvarı”nı qaytarın. Bu cür çox gözəl filmlər var”, – deyə Amerika lideri qeyd edib.
Qeyd edək ki, “Parazitlər” filmi “Oskar-2020”nin ən yaxşı filmi seçilib. Əsas Oskar mükafatı ilk dəfə ingilis dilində lentə alınmayan filmə verilib.