26 Sentyabr 2014 09:06
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan özünün maraqlarına uyğun tam müstəqil siyasət aparan ölkədir.

Bu açıqlama ilə bir müddət öncə Bakıda səfərdə olmuş “Rosiya seqodnya”(keçmiş RİA-Novosti) agentliyinin baş direktoru, Kremlin mediada sözçüsü kimi tanınan Dmitri Kiselyov çıxış edib.

O, Azərbaycanın müstəqilliyinin çox ölkələrə nümunə ola biləcəyini söyləyib və bu ölkələr sırasında Almaniyayla Yaponiyanın adını vurğulayıb:


“Mən Merkel və Sindzo Abeyə məsləhət görərdim ki, Bakıya səyahət edib inkişaf edən ölkənin prezidenti ilə görüşsünlər. Mən səyahətim zamanı Azərbaycan və Ermənistanda ikinci anti-Rusiya cəbhəsi haqqında heç nə görmədim. Amerikalılar öz bazalarını gah Azərbaycana, gah da Ermənistan gətirməyi arzu edirlər. Onlarda bu alınmayacaq. Liviya, Suriya, İraq, Gürcüstan və Ukrayna kimi ölkələr elə belə parçalandılar. Mən məsləhət görməzdim ki, Qafqazda bu cür eksprementləri sınasınlar”.

İzvestiya.az


Müəllif:

Oxşar xəbərlər