4 Mart 2020 18:16
4 698
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Münaqişənin həlli üçün mandatı olan ATƏT-in Minsk qrupu həmsədrlərinin görüşləri və iş planı barədə əvvəlcədən Dağlıq Qarabağ münaqişəsi tərəflərinə məlumat verilir”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan həmsədrlərin Türkiyə səfəri barədə jurnalistlərə açıqlamasında söyləyib.

“Tərəflərə ATƏT-in Minsk Qrupu həmsədrlərinin ATƏT-ə üzv dövlətləri və beynəlxalq qurumlarla əlaqələrini ehtiva edən iş planı barədə məlumat verilir”, - Naqdalyan vurğulayıb.

Əlavə edək ki, Minsk Qrupunun həmsədrləri martın 2-də Ankara Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi haqda səsləndirdiyi fikirlər Ermənistanda etiraz yaradıb.

Nazir çıxışında “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” fikirlərinə yer verib. Çavuşoğlunun açıqlamasında etiraz edən ermənilər Minsk Qrupunu Azərbaycan və Türkiyənin maraqlarına xidmət etməkdə ittiham edib. Ermənistanın Xarici İşlər naziri Zohrab Mnatsakanyan da, türk həmkarının fikirlərini sərt reaksiya ilə qarşılayıb.

Ankaradakı görüş Ermənistanda Qarabağ münaqişəsi ilə bağlı bir sıra iddiaların ortaya çıxmasına da səbəb olub. Görüşdən bir neçə gün keçməsinə baxmayaraq, erməni mediası hələ də Dağlıq Qarabağın öz gerçək sahibinə - Azərbaycana qaytarılması üçün Rusiya və Türkiyə prezidentlərinin də iştirak etdiyi gizli prosesin getməsindən yazır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər