11 Mart 2020 01:36
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Duması prezident Vladimir Putinin səlahiyyət müddətinin artırılması üçün konstitusiyaya dəyişikliyi nəzərdə tutan sənədi qəbul edib. Sənədin lehinə 380, əleyhinə isə 43 deputat səs verib.

Teleqraf.com xəbər verir ki, qanunun referendumla qəbul olunacağı təqdirdə Putin 2036-cı ilə qədər prezident seçilmək üçün namizədliyini irəli sürə bilər. Qanun hazırda prezident olan və keçmişdə dövlət başçısı seçilən şəxslərə şamil edilir.

Qeyd edək ki, hazırki konstitusiyaya görə Putin iki dəfədən artıq prezident seçilə bilməz. Rusiyada aprelin 22-də konstitusiyaya bir sıra dəyişiklikləri nəzərdə tutan referendum keçiriləcək.

Qeyd edək ki, “Yedinaya Rossiya” fraksiyasından olan deputat Valentina Tereşkova Konstitusiyaya prezidentlik müddətinin sıfırlanması ilə bağlı dəyişiklik təklifi ilə çıxış edib.

Putin bu təklifi dəstəkləməsə də, prezidentlik limitinin aradan qaldırılması üçün konstitusiyaya dəyişiklik edilməsini vacib sayıb.


Müəllif: Mənbə/Publika.az

Oxşar xəbərlər