17 Mart 2020 10:47
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekvador Prezidenti Lenin Moreno ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb koronavirus infeksiyası COVID-19-un yayılmasıdır.

“Mən ölkədə fövqəladə vəziyyət rejimi elan edirəm”, – deyə Ekvador Prezidenti bildirib.
Moreno tibb, hüquq-mühafizə və xilasetmə xidmətləri istisna olmaqla, bütün dövlət xidmətlərinin bağlanacağını deyib.

Qeyd edək ki, bundan əvvəl Venesuela lideri Nikolas Maduro COVID-19-ın yayılmasına qarşı mübarizə aparmaq üçün bütün ölkə ərazisində karantin tətbiq etmişdi.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər