17 Mart 2020 12:00
1 702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda elan olunan fövqəladə vəziyyət aprelin 5-də nəzərdə tutulan Konstitusiyaya dəyişiklik üzrə referendumu təxirə saldı. Hələ referendum keçirilməyəcək, kornavirus pandemiyası Ermənistan hakimiyyətini dolaşığa saldı.

Teleqraf.com xəbər verir ki, bu sözləri politoloq Armen Baqdasaryan deyib.

Onun sözlərinə görə, bu məsələyə koronavirusla bağlı vəziyyət nizama salınandan sonra qayıtmaq olar:

“Bunun nə qədər vaxt çəkəcəyini demək çətindir. Hökumətin məsələyə Konstitusiyaya daha qlobal dəyişikliklər kontekstində qayıdacağı istisna edilmir”.

Qeyd edək ki, Ermənistan parlamenti fevralın 7-də növbədənkənar iclasında Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsi barədə qərar verib. Ermənistan Konstitusiyasına “Mənim addımım” fraksiyası tərəfindən hazırlanmış düzəlişlərə əsasən, Konstitusiya Məhkəməsi sədrinin və üzvlərinin səlahiyyətlərinə xitam verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər 9 hakimdən ikisinə – Vaqe Qriqoryanla Armen Dilanyana şamil edilmir. Digər 7 hakim və sədr Qrayr Tovmasyan isə yeni düzəlişlərin əsas hədəfidir.

Əlavə edək ki, Paşinyan parlamentdə çıxışı zamanı Tovmasyanın üçüncü prezident Serj Sərkisyanın tərəfdarı olduğunu və Konstitusiya mətnini onun maraqlarına uyğun dəyişdiyini iddia etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər