17 Mart 2020 15:37
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa miqyasında ölkələrarası koordinasiya əskikliyi, xəstəxanaların reanimasiya şöbələrində yataq çatışmazlığı səbəbindən qitənin koronavirusa hazırlıqsız yaxalandını düşünürəm”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Anesteziologiya Birliyinin (ESA) prezidenti, professor Kay Zaxarovski deyib.

O, Avropa dövlətlərinin koronavirusun qarşısının vaxtında alınması istiqamətində tez bir zamanda hazırlıq görə bilmədiyini bildirib:

“Reanimasiya xidmətlərində çox sayda xəstəni eyni anda müalicə etməyimizi təmin edəcək qədər süni nəfəs cihazlarının olmaması da işimizi çətinləşdirdi.

Virusun qarşısını ala bilmirik. Edə biləcəyimiz yeganə şey ən ağır vəziyyətdə olan xəstələri müalicə etməklə reanimasiya xidmətlərinin işini sürətləndirməkdir. Son 10 ildə Avropa miqyasında xəstəxanalardakı reanimasiya xidmətlərində yataqların sayını azlatdıq, amma indi görürük ki, əlimizdə kifayət qədər yataq yoxdur”.


Müəllif: Mənsur Rəğbətoğlu