İranın Cihad Universitetinin alimləri koronavirusu tanıyan diaqnoz dəsti istehsal etməyə başlayıblar.
Teleqraf.com xəbər verir ki, universitetin rektoru Həmid Rza Tayyubi Çində koronavirus meydana gələn kimi rəhbərlik etdiyi ali məktəbdə bu infeksiyanı aşkarlaya biləcək dəst üzərində çalışmağa başladıqlarını söyləyib.
Onun sözlərinə görə, artıq koronavirusu müəyyənləşdirmək qabiliyyətinə malik diaqnoz dəstinin istehsal prosesinə start verilib: "Dəst dünyanın son texnologiyasına əsasən istehsal edilir və İran Səhiyyə Nazirliyinin yoxlanılışından keçib".