23 Mart 2020 18:25
3 952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın baş naziri Mixail Mişustin Rusiya xarici siyasətinin həyata keçirilməsindəki xidmətlərinə və uzun illər ərzindəki səmərəli fəaliyyətinə görə xarici işlər naziri Sergey Lavrovu II dərəcəli Stolıpin medalı ilə təltif edib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı M.Mişustin sərəncam imzalayıb.

“Rusiya Federasiyasının xarici siyasət kursunun həyata keçirilməsindəki xidmətlərinə və uzun illər ərzindəki səmərəli fəaliyyətinə görə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Viktoroviç Lavrov II dərəcəli Stolıpin medalı ilə təltif edilsin”, – deyə sənəddə bildirilir.

Qeyd edək ki, martın 21-də Sergey Lavrovun 70 illik yubileyi qeyd edilib. Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin S.Lavrovu Əmək Qəhrəmanı fəxri adına layiq görmüşdü.


Müəllif: Səxavət

Oxşar xəbərlər