24 Mart 2020 15:56
2 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həkim və teleaparıcı Aleksandr Myasnikov İtaliyada koronavirusdan ölüm hallarının yüksək olmasının səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, onun fikrincə, İtaliya xəstəxanaları səlahiyyətlilərin virusla mübarizədə səhv taktika seçməsi və vaxt itirmələri səbəbindən xəstələrin çoxluğu ilə “boğulub” və həyəcan siqnalı çox gec verilib.

Myasnikov qeyd edib ki, buna görə İtaliyada ciddi simptomları olmayan xəstələr Rusiyada olduğu kimi xəstəxanada qalmaq və tam təcrid olunmaq əvəzinə evlərinə göndəriliblər.

“Ancaq göründüyü kimi evdə qalmaq metodu İtaliyada işləməyib: ya qohumları qonaq gəlib, ya itlərini gəzdirmək üçün küçəyə çıxıblar, ya da başqa bir şey baş verib”, – deyə həkim “Telegram-kanal”ında yazıb.

İtaliya koronavirusun yayılmasına görə Avropada birinci yerdədir və qurbanların sayına görə Çindən qabaqdadır. Ən son məlumatlara görə, Apennində təxminən 60 min yoluxma hadisəsi qeydə alınıb, 5,4 mindən çox adam ölüb.


Müəllif: Səxavət