İsrail əsgərlərinin Qərbi İordanda gecə saatlarında 10 fələstinlini nəzarətə götürdüyü bildirilib.
Teleqraf.com Sabah.com-a istinadən xəbər verir ki, həbs olunanlar mülki vətəndaşlara və təhlükəsizlik qüvvələrinə qarşı müxtəlif aksiyalar təşkil etməkdə şübhəli bilinirlər. Həbs olunanların istintaq üçün müvafiq qurumlara göndərildiyi qeyd olunub.
Fələstin rəsmilərindən hələ ki hadisə ilə bağlı açıqlama verilməyib.
Xatırladaq ki, İsrail polisi Qərbi İordana tez-tez basqınlar təşkil edərək, axtardıqları və hadisə ilə əlaqəsi olduğu iddiasıyla fələstinliləri həbs edir. İsrail həbsxanalarında 7 mindən çox fələstinli məhbus var.
Samir