ABŞ prezidenti Donald Tramp ölkənin enerji sektorunu qorumaq üçün neft idxalı ilə əlaqədar rüsumlar tətbiq edə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, ABŞ prezidenti bu barədə Ağ Evdə brifinq zamanı danışıb.
Donald Tramp Amerikanın enerji sahəsinə inandığını söyləyib: "Biz buna diqqət yetirməliyik. Neft idxalı ilə bağlı rüsumlar tətbiq etməli olsam, bunu minlərlə, on minlərlə işçi və şirkətlərimizi qorumaq üçün edəcəyəm".