6 Aprel 2020 15:53
3 533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub və koronavirusla mübarizə, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Koronavirus infeksiyasının yayılmasına qarşı görülən tədbirlər müzakirə edildi”, – Kremldən bildirilib.

Xəbərdə deyilir ki, Ermənistan baş naziri Rusiyanın göstərdiyi yardımlara görə V.Putinə böyük minnətdarlığını bildirib.

Putin və Paşinyan eyni zamanda, ikitərəfli əməkdaşlığın və Avrasiya İqtisadi Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin bəzi aktual məsələlərinə də toxunublar. Bundan əlavə, onlar qarşıdakı görüşlərin qrafikini müzakirə ediblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Ermənistanın baş nazirləri pandemiya dövründə ticarət məsələlərini müzakirə etmişdilər.


Müəllif: Səxavət

Oxşar xəbərlər