7 Aprel 2020 16:17
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada son sutka ərzində 743 nəfər COVID-19 koronavirus infeksiyası nəticəsində dünyasını dəyişib. Bununla da ölkədə virus qurbanlarının ümumi sayı 13 798 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “El Pais” qəzeti ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər yayıb.

Sutka ərzində 5,5 min yeni yoluxma hadisəsi aşkarlanıb, ölkədə epidemiyaya yoluxmuş pasientlərin ümumi sayı 140,5 minə çatıb.

Hazırda 7 mindən çox xəstə intensiv terapiya şöbəsindədir, 43 mindən çox insan sağalıb.

Qeyd edək ki, aprelin 6-da İspaniyada 19 mindən çox tibb işçisinin koronavirusa yoluxduğu açıqlanmışdı.


Müəllif: Səxavət

Oxşar xəbərlər