Yaponiyada bir gündə rekord miqdarda COVID-19 koronavirusuna yoluxma halı qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ilk dəfə olaraq bir gündə koronavirusa yoluxanların sayı 400-ü keçib. Bildirilir ki, aprelin 8-də bir gün əvvəl olduğundan 455 nəfər daha çox yoluxan qeydə alınıb.
Yalnız Tokioda həmin gün 144 nəfərin virusa yoluxduğu məlum olub. Yoluxanlardan 95-nin mənbəyini aydınlaşdırmaq mümkün olmayıb.
Beləliklə aprelin 8-də bütün Yaponiya üzrə koronavirusa yoluxanların sayı 5565 nəfərə çatıb. Onlardan 113-nün öldüyü bildirilir.