Son bir sutka ərzində Ermənistanda daha 26 nəfər koronavirus infeksiyasına yoluxub. Nəticədə ölkədə infeksiyaya yolxanların ümumi sayı 1039-a çatıb. Bir nəfər isə vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Milli Mərkəzinin saytında məlumat yerləşdirilib.
“Ümumilikdə Ermənistanda koronavirusa 1039 yolxuma hadisəsi təsdiqlənib. 211 xəstə sağalıb. On dörd nəfər vəfat edib”, – deyə məlumatda bildirilir.
Səhiyyə Nazirliyinin məlumatına görə, 814 nəfər müalicə altındadır, 7631 min test keçirilib.
Qeyd edək ki, Ermənistanda koronavirusla mübarizə məqsədilə martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət rejimi elan edilib.