16 Aprel 2020 10:13
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uzun müddətli və mərd dostudur. Ümid edirik ki, belə də davam edəcək. Prezident Trampın ÜST-ə maliyyə vəsaitini dayandırması haqda qərarını təəssüflə qarşılayırıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesus keçirdiyi mətbuat konfransında deyib.

Baş direktor əlavə edib ki, ÜST ABŞ xalqı və hökumətinin dəstəyi sayəsində dünyanın ən fağır və müdafiəsiz insanlarına səhiyyə xidməti təşkil edir.

ÜST rəhbəri əlavə edib ki, ABŞ-ın maliyyəsinin dayandırmasından sonra qurum fəaliyyətinə təsirini gözdən keçirir: “Ortaqlarımızla büdcəmizdən olacaq problemləri həll etmək və fəaliyyətimizi davam etdirmək üçün birlikdə işləyirik”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ÜST-ə illik ödədikləri maliyyəni kəsdiyini elan edib. O, buna səbəb kimi ÜST-ün koronavirusla mübarizədə heç bir şey etmədiyini göstərib.


Müəllif: Cavad

Oxşar xəbərlər