Liviyanın qiyamçı feldmarşalı Xəlifə Haftara bağlı silahlı birliklər paytaxt Tripolini raket atəşinə tutub.
Teleqraf.com xəbər verir ki, qiyamçılar paytaxtın cənubundakı iki səhra xəstəxanasını vurublar.
Nəticədə 5 səhiyyə personalı yaralanıb, itkilər haqqında isə məlumat yoxdur.
Liviyanın qanuni hökumətinin Səhiyyə Nazirliyi bəyan edib ki, xəstəxanalar qrad raketlərlə vurulub.