25 Aprel 2020 13:27
651
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yamal-Nen muxtar dairəsinə daxil olan Yamal yarımadasında göyərtəsində 8 nəfərin olduğu Mi-26 helikopteri sərt eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks”a Vahid Dispetçer Xidmətindən məlumat verilib.

“Mi-26 “Russkoye” yatağı yaxınlığındakı bir ərazidə sərt eniş etdi. Xəsarət alanlar var”, – deyə xidmətdən bildirilib.
Vertolyotun göyərtəsində üç ekipaj üzvü və beş sərnişinin olduğu qeyd edilir.

Qeyd edək ki, mart ayında Nen muxtar dairəsində bir vertolyot qəzaya uğramış, nəticədə pilot ölmüşdü.


Müəllif: Səxavət

Oxşar xəbərlər