Hindistanda COVID-19-a yoluxanların sayı artır. Hakimiyyətdəki millətçi Hindistan Xalq Partiyası isə müsəlmanları koronavirusu yaymaqda suçlayır.
Teleqraf.com xəbər verir ki, hökumət yoluxanların yüzdə otuz faizinin Təbliğ Camaatının mart ayının əvvəlində təşkil etdiyi bir toplantı ilə bağlı olduğunu iddia edir.
İslamçılara qarşı ayrı-seçkiliyin artdığı ölkədə koronavirus səbəbindən müsəlmanların hədəf göstərilməsi narahatlıq doğurur.
Müsəlmanlar onlara qarşı düşmənçiliyin artdığını, aptek və marketlərə buraxılmadıqlarını bildirilər. Telanqana əyalətində bəzi xəstəxanalara müsəlmanların qəbul edilmədiyi bildirilir. Hətta az öncə Hindistan mediası Carkandda müsəlman olan hamilə qadının COVİD-19-u yaymaqdla suçlandığı üçün xəstəxana personalı tərəfindən döyüldüyü, bu səbəbdən uşağını itirdiyini açıqlamışdı.