Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçdən təcili yardım təyyarəsi ilə Türkiyəyə gətirilən koronavirus xəstəsi Emrullah Gülüşkenin qızı Leylaya zəng edib.
Teleqraf.coç xəbər verir ki, bu barədə Ərdoğan Tvitter səhifəsində paylaşım edib.
Prezident koronavirus testi pozitiv çıxan, ancaq heç bir xəstəxanaya qəbul olunmayan və dərhal ölkəsinə gətirilən Türkiyə vətəndaşı Emrullah Gülüşkenin səhhəti ilə yaxından maraqlanacağını bildirib.
“Bu dövlət millətinin Məcnunudur. Sevdiyi qürbətdə olsa da, onu əsla tək qoymaz”, - deyə Ərdoğan bildirib.
Leyla Gülüşken də Tvitter səhifəsində Ərdoğana təşəkkürünü bildirib.
Qeyd edək ki, 47 yaşlı Emrullah Gülüşkenin İsveçdə heç bir xəstəxana tərəfindən qəbul olunmadığı ilə bağlı sosial şəbəkədə qızları Samirə və Leyla Gülüşken çağırış edərək Türkiyədən yardım istəmişdilər. Rəcəb Tayyib Ərdoğan və Səhiyyə naziri Fəxrəddin Qoca dərhal hərəkətə keçərək Emrullah Gülüşkenin Türkiyəyə gətirilməsinə təlimat vermişdi.