Сənubi Koreyanın İçxon şəhərində inşaat meydançasında baş verən güclü yanğın nəticəsində ən az 38 nəfər ölüb, 10 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, yanğın yeni tikilən dördmərtəbəli binada baş verib.
Xəsarət alanlardan 8 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Yanğına səbəb kimi tikinti işləri zamanı baş vermiş partlayış göstərilib.
Xatırladaq ki, Cənubi Koreyada 2017-ci ilin dekabr ayında Çeçxon şəhərindəki idman mərkəzində baş verən yanğında 29 nəfər ölüb, 40 nəfər yaralanıb. Bir ay sonra Miryan şəhərində yanğın baş verib və nəticədə 45 nəfər ölüb, 147 nəfər yaralanıb.