Xorosandan sonra İranın daha 6 əyalətində çəyirtkə hücumu qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Asriran” saytı məlumat yayıb.
İranın bitki mühafizəsi qurumunun sözçüsü Seyid Rız Mir bildirirb ki, Xorasandan sonra daha 6 əyalətdə çəyirtkə sürüsü ilə mübarizə aparırlar.
Onun sözlərinə görə, bu həftə çəyirtkə sürüsü ilə mübarizə çərçivəsində 150 hektarlıq ərazi dərimanlanıb: “Bu işə Cənubi Xorosandan başlamışıq. Sisitan-Bəlucistan, Hörümüz, Buşəhər, Fars, Huzistan və Kirman əyalətlərində də toplam 133 min 210 hektarda dərmanlanma işləri aparılıb”.
Sözçü deyib ki, İrana çəyirtkə sürüsü Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Oman və Qətərdən daxil olub: “İran BMT-nin xəbərdarlığını diqqətə alaraq, bir milyon hektar ərazidə çəyirtkə hücumuna qarşı mübarizə üçün hazırlıq həyata keçirib”.