2 May 2020 20:22
2 005
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuelada ABŞ tərəfindən dəstəklənən parlamentin spikeri Xuan Quaydonun liderliyindəki müxalifətin Prezident Nikolas Maduroya qarşı bir il əvvəl hazırladığı qiyam planının müəllifi bəlli olub.

Teleqraf.com xəbər verir ki, bir il əvvəl baş tutmayan uğursuz qiyamın müəllifinin amerikalı keçmiş hərbçi Jordan Qodrau olduğu iddia edilib.

İngilis mediasının məlumatına görə, çevriliş planının başında duran keçmiş hərbçi bir il əvvəl 300-ə qədər silahlı könüllü ilə gizli yolla Venesuelaya girməyi planlaşdırıb. Bu məqsədlə hərbi birləşmələrini Venesuelanın şimal sərhədlərində yerləşdirib.

Çevriliş planını hazırlayan Qodraunun ABŞ-da narkotik ittihamı ilə həbsdə olduğu bildirilib.

Xuan Quaydo ötən il yanvar ayında özünü Venesuelanın dövlət başçısı elan etmişdi. Həmin ilin aprelin 30-da isə bir qrup hərbçi ilə Nikolas Maduronu istefaya çağırmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər